FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, o, Super Liqanın çempionluq qrupunun 3-cü turu çərçivəsində aprelin 3-də keçiriləcək “Olimpiakos” – AEK oyununun baş hakimi olacaq.