Dünən ölkə çempionatının 19-cu turunda "Neftçi" - "Sumqayıt" ( 2:1 ) oyununda qonaqların futbolçusu Rəhim Sadıxov zədələnərək meydanı tərk etdi.
25 yaşlı yarımmüdafiəçinin vəziyyətinin hansı yerdə olduğunu öyrənmək üçün "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Rəhimin zədəsi ciddi deyil. Hazırda oyunçu ilə bağlı hər şey qaydasındadır".
Cavid Əliyev