Futbol üzrə Çexiya 2-ci divizionunda 18-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) öz meydanında Praqa “Sparta”sının ikinci komandası ilə qarşılaşıb  və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 19-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Jijkov təmsilçisi 18 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.