Rusiya Milli Futbol Liqasında 27-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti oyununa çıxıb.

Komanda səfərdə Moskva “Spartak”ının ikinci komandası ilə qarşılaşıb və bu matçdan heç-heçə ilə ayrılıb – 1:1.

Kamran Əliyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “SKA-Xabarovsk” 27 turdan sonra 42 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.