Kiev "Dinamo"sunun çalışdırıcısı Mirça Luçesku Ukrayna və Rusiya arasında olan gərginlik barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 76 yaşlı rumıniyalı çalışdırıcı Rusiyanı tənqid edib: "Ukraynada bütün idman sahələri 30 günlük təxirə salındı. Lakin Kievdən Rumıniyaya qayıtmayacam. Mən qorxaq deyiləm. Ümid edirəm ki, axmaqların başladığı müharibə tezliklə sona çatar".
Qeyd edək ki, Ukrayna prezidenti Vlodimir Zelnski ölkədə hərbi vəziyyət elan edib.Buna görə də bütün idman sahələrinin fəaliyyəti 30 gün müddətinə dayandırılıb.