Azərbaycan millisinin iki oyunçusu klubunu dəyişib.
Offsideplus.az Futzal Federasoyasının rəsmi saytına istinadən xəbər verir ki,“Araz-Naxçıvan”dan ayrılan Amir Şojaei Qazaxıstanın “Bayterek” klubuna keçib. Futzalçının viza işləri artıq həllini tapıb və o, sabah yeni komanda yoldaşlarına qoşulacaq.
Avropa çempionatının final mərhələsində özünü yaxşı tərəfdən göstərən Rafael Vilela isə Rusiyanın “Tümen” klubu ilə anlaşıb. Hazırda Rusiya Superliqasına başçılıq edən bu komanda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda da iştirakını davam etdirir. Hücumçu yeni klubu ilə müqaviləyə imza atıb və artıq o, “Tümen”in düşərgəsindədir.