"Sumqayıt" turnir cədvəlində bizə yaxın rəqibdir. İstəyirdik ki, bu matçda qalib gələk. Hesabda da irəlidəydik, amma təəssüf ki, bir xal qazandıq. Buna da şükür edirik. Önümüzdəki oyunlara baxacağıq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında millimizin sabiq üzvü və hazırda "Səbail"də çıxış edən Əfran İsmayılov deyib.

33 yaşlı təcrübəli futbolçu ölkə kubokunda "Zirə"yə ( 4:0 ) məğlub olduqları oyunu da şərh edib:

"Matça yaxşı başlamışdıq, istəyirdik ki, sərfəli nəticə qazanaq. Həmçinin, kubok vasitəsilə avrokuboklara gedə bilərik. Cavab matçında şansımız çox azdır. Amma sona kimi mübarizə aparacağıq".

İsmayılov millimizin üzvü Mahir Emrelinin "Dinamo"ya ( Zaqreb ) keçidi haqda da danışıb:

"Fikrimcə, Mahir ən yaxşı seçimi etdi. Çünki "Dinamo" ölkəsində titullu və böyük klubdur. Bu da Emreli üçün böyük üstünlükdür. "Legiya"nın ona qarşı hərəkətini normal qarşılamadım. Necə ola bilər ki, azarkeşlər avtobusa daxil olaraq futbolçulara hücum etsinlər. Məncə, "Dinamo" "Legiya"dan üstün klubdur. Mahirə uğurlar arzu edirəm, o, Azərbaycan üçün fəxrdir".

Cavid Əliyev