Brazilya millisinin sabiq futbolçusu Vaqner Lav yeni klubla anlaşıb.

 Offsideplus.az xəbər verir ki, 37 yaşlı "sambaçı" Danimarka təmsilçisi "Midtüllan"a keçib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Lav karyerası ərzində "ÇSKA" ( Moskva ), "Monako", "Alanyaspor" və "Beşiktaş" formaları geyinib. Onun son klubu Qazaxıstan təmsilçisi "Kayrat" ( Almatı ) olub.