"Keşlə" ilə yollarını ayıran Anotele Abanq özünə yeni klub tapıb.
25 yaşlı kamerunlu hücumçu Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) "Əl-Bataeh" klubuna keçib.
Məsələ barədə səbəbkarın özü ilə əlaqə saxladıq:
Afrikalı oyunçu Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bəli, "Al-Bataeh" klubuyla müqavilə imzalamışam. Sözləşməmin müddəti 6 aylıqdır".
Qeyd edək ki, Abanq 2021-ci ilin yanvarında "Keşlə"yə keçmişdi.
Cavid Əliyev