14 yanvar 2022-ci il tarixində Olimpik Star İdman və Əyləncə Mərkəzində Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbirdə, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev çıxış edərək, son illərdə gənc nəslin pis vərdişlərə, narkomaniyaya meylli olmasından və bu bəladan uzaq olmaq üçün yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolundan danışıb.

Sonda, MMA (Qarışıq Döyüş Növləri) üzrə 10-qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, Rusiya çempionu, Dünya və Asiya çempionu, Dünya və Avropa çempionatlarının finalçısı, MMA üzrə idman ustası Etiqad Atakişiyevin iştirakı ilə "Master Class" təlimi keçirilmişdir. Görüş zamanı Etiqad Atakişiyev idmançılara müxtəlif fəndlərin icrasını nəzəri və praktiki formada izah edib.

Qeyd edək ki, bundan öncə sərbəst güləş üzrə üç dəfə Dünya və Avropa çempionu, 2 dəfə Olimpiya Oyunlarının mükafatçısı Hacı Əliyev, boks üzrə Dünya çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi, Rio 2016 və Tokio 2020 Olimpiya Oyunlarının iştirakçısı Cavid Çələbiyevin iştirakı ilə də,"Master Class" təlimi keçirilmişdir.

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin məsul katibi Gülnarə Məlikova.

271852930 226097059711797 450580483873830999 n

271842768 226094513045385 8244105493752880155 n