"Neftçi" ilə yollarını ayıran Sabir Buqrin Tunisin "Esperanse"  klubuna keçib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt  təmsilçisi 25 yaşlı mərakeşli yarımmüdafiəçini sosial şəbəkə hesabı vasitəsilə təqdim edib.

Buqrinlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Buqrin 2020-ci ildən "ağ-qaralar"da çıxış edirdi.