Millimizin 24 yaşlı hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşa "Legiya"sının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisi ilk yoxlama matçını yanvarın 12-də İsveçrənin "Bazel" klubuna qarşı keçirəcək. Yanvarın 15-də Bolqarıstanın "Lokomotiv" (Plovdiv) komandası ilə üz-üzə gələcək "Legiya" yanvarın 19-da "Krasnodar"(Rusiya) ilə görüşəcək.

Yanvarın 6-da başlanacaq Dubay toplanışına yanvarın 22-də yekun vurulacaq. "Legiya"nın yanvarın 28-də yerli "Tıxı" və yanvarın 29-da "Radomyak"la da yoxlama oyunları planlaşdırılıb.