Niderlandda baş tutacaq olan futzal üzrə avropa çempionatı azarkeşsiz keçirilə bilər.
Offsideplus.az "Vesti.kz" saytına istinadən xəbər verir ki, buna səbəb koronavirusun omikron ştamının yayılma riskinin artmasıdır.
Bununla bağlı son qərar yanvarın 10-da veriləcək. Hətta bu turnirin təxirə salınma ehtimalı da var.
Qeyd edək ki, bu turnirdə mübarizə aparan yığmamız D qrupunda İspaniya, Gürcüstan və Bosniya və Hersoqovinayla qarşılaşacaq.