Millimizin Polşa "Legiya"sında çıxış edən üzvü Mahir Emreliyə daha bir "elçi" var.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçuyla Macarıstanın "Ferentsvaroş" klubu maraqlanır. Adıçəkilən komandanın baş məşqçisi Stanislav Çerçesov Mahiri sərəncamında görmək niyyətindədir. Bu barədə informasiyanı Polşanın "sport.interia.pl" saytı yayıb.

Məsələ ilə bağlı futbolçunun özüylə əlaqə saxladıq. Hücumçu onda belə bir məlumatın olmadığını bildirdi:

"Hazırda istirahət edirəm. Bu barədə məlumatım yoxdur".

Qeyd edək ki, Macarıstanın "Fehervar" klubu da azərbaycanlı forvardla maraqlanır.

Onu da bildirək ki, Mahir Emreli cari mövsümdə "Legiya"nın heyətində meydana çıxdığı 33 oyunda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daşqın Əziz