Yerli mətbuatda futzal millimizin braziliyalı baş məşqçisi Joze Alesionun postdundan gedəcəyi ilə bağlı şayiələr gəzir.

Bunu aydınlaşdırmaq üçün futzal federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə əlaqə saxladıq.

O, Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hazırda belə bir söhbət yoxdur. Alesionun federasiya ilə maya kimi sözləşməsi var. Həm də qarşıdan Avropa Çempionatının oyunları gəlir və belə bir zamanda ayrılması mümkün deyil. Artıq o, yığmamızla keçirəcəyi hazırlıq planını da hazırlayıb. Alesio istirahət üçün ölkəsinə gedib".

Cavid Əliyev