Futbol üzrə Polşa çempionatında 19-cu turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu turda doğma meydanda "Radomyak Radom"la qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Əvvəlki turun oyunundan sonra azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan millimizin üzvü hələ də komanda ilə birlikdə məşq etmədiyinə həmin görüşü buraxıb.
Qeyd edək ki, "Legiya" hazırda 15 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.