Bu gün həmyerlimiz Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" Türkiyə 1-ci liqasının 17-ci turunda "evdə" "Ərzurumspor"la ( 3:3 ) hesablı barəbərliyə razılaşdı.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü matçın son saniyələrində komandasına 1 xalı gətirirən qola imza atdı. Bu qarşılaşmanın ardından futbolçumuz şəxsi "instaqram" hesabında "Eynək şarttır" adlı paylaşım etdı. Bunun Vüsalın milliyə dəvət alması ilə bağlı olduğunu düşünüb, "açma"sını bilmək üçün səbəbkarla əlaqə saxladıq.
O, açıqlamasında bunları dedi: "Xeyr! Bu paylaşım milli ilə bağlı və ya kiməsə göndərmə deyil. Ağlıma bu söz gəldi və mən də yazdım. Mən inanıram ki, yaxşı formada olandan sonra yığmaya dəvət alacam. Əlimdən gələni edəcəm ki, daha da yaxşı olum".
Cavid Əliyev