Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsmayıllı rayonuna səfər edib.
Offsideplus.az xəbər verir ki, qurum rəsmisi, Vəli Qasımov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib.
Vitse-prezident həmçinin uşaq futbolçularla da görüşərək onlara idman geyimləri top və çanta təqdim edib.
Elxan Məmmədov, Nahid Bağırov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb.