Maya Yoşida karyerasını Asiyada davam etdirə bilər.

 

Offsideplus.az xəbər verir ki, 33 yaşlı müdafiəçini Qətərin "Əl-Qrafa" klubu transfer etmək niyyətindədir. Oyunçunun "Sampdoriya"yla sözləşməsi bu mövsümün sonunda başa çatır.

Qeyd edək ki, Yaponiya milisinin üzvü 2020-ci ilin yanvarından A Seriyası təmsilçisində çıxış edir.