Mahir Emrelinin də formasını geyindiyi "Legiya" klubu bu gün Polşa Ekstraklasasında növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda yığmamızın digər üzvü Anton Krivotsyukun oynadığı Plotsk "Visla"sının qonağı olub.
"Legiya" bu matçda minimal hesabla uduzub. Görüşdəki yeganə qolu 36-cı dəqiqədə Mateus Svoç vurub.
A.Krivotsyuk cəzalı olduğu üçün sözügedən görüşdə iştirak etməyib. M.Emreli isə start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə Kasber Skibiçki ilə əvəzlənib.