Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərlinin də çıxış etdiyi "Keçiörengücü" 1-ci Liqada növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, adıçəkilən kollektiv 16-cı turda “Bandırmaspor”la üz-üzə gəlib.
Görüş "Keçiörengücü"nün 3:2 hesablı qələbəsiylə başa çatıb. Oyuna ehtiyatdan başlayan Vüsal isə 59-cu dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Ankara təmsilçisi 17 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.