Məşhur mərakeşli futbolçu Medhi Benatya karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə özü məlumat yayıb.

Qeyd edək ki, Mərakeş millisinin sabiq üzvü Fransada "Marsel", "Loryan", "Klermon", İtaliyada "Udineze" və "Roma" klublarında da çıxış edib. Benatyanın son klubu Türkiyənin "Karagümrük" komandası olub.