Bursanın "Olay" qəzeti "Bursaspor"da forma geyinən millimizin üzvü Namiq Ələsgərovla bağlı yazı qeyd edib.

Offsideplus.az xəbər verir ki, “Namiqdən diqqətçəkən performans” başlığı altında yazıda 26 yaşlı futbolçunun son oyunlardakı uğurlu çıxışını qabardıb. 

 

Bura da Namiqin "Bursaspor"lun heyətində Türkiyə 1-ci liqasında çıxdığı 11 görüşdə 825 dəqiqə meydanda olmağı və 3 qol, məhsuldar ötürmə etməsi qeyd edilib/ Milli üzvünün 3 qolunu "Balıkəsir", "Kocaeli" və "Dənizlispor"la səfər qarşılaşmalrında vurduğu xatırlanıb. Onun “Samsunspor”la (2 assisti ), “Boluspor” və “İstanbulspor”da görüşlərdə 4 ötürmə ilə yadda qaldığı bildirilib. Namiqin qol vurduğu 3 matçın 2-də "Bursaspor"un qalib gəldiyi  ("Balıkəsir" və "Dənizlispor"), 1-də isə məğlub olduğu ("Kocaeli") göstərilib. Ələsgərovun qol ötürməsi verdiyi “Samsunspor” və “Boluspor"la görüşlərdə komandasının qalib gəldiyi, “İstanbulspor”a isə məğlub olduğu nəzərə çatdırılıb.