Polşa "Legiya"sı qış transfer dönəmində bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, onların arasında hücumçular Tomas Pekhart, Rafael Lopeş və yarımmüdafiəçi Andre Martinş var.
Klubun Pekhartı göndərmək qərarına gəlməsinə səbəb isə onun oyun şansı üçün rəqabətdə Azərbaycan millisinin də üzvü olan Mahir Emreliyə uduzmasıdır.
Qeyd edək ki, 24 yaşlı Emrelinin aktivində 10 qolu var.