Dünya Güləş Birliyi Azərbaycanı 50 kq çəki dərəcəsində təmsil edən qadın güləşçimiz Mariya Stadnikə 3 min dollar pul mükafatı təqdim edib.
Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, 8 dəfə Avropa, 2 qat dünya çempionuluğu yaşayan, Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan və 60 xalla dünya sıralamasında 3-cü yerdə qərarlaşdığı üçün bu mükafata layiq görülüb.