Ukraynanın “Kolos” komandasında noyabr ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 6 nəfərlik siyahıda yığmamızın hücumçusu Anatoli Nuriyev də yer alıb.

Qeyd edək ki, “Kolos”a cari mövsümün əvvəlində keçən Nuriyev bir neçə gün öncə səfərdə keçmiş komandası “Minay”la 1:1 hesablı heç-heçə etdikləri Ukrayna Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda cərimə zərbəsindən baxımlı qola imza atıb.