"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Offsideplus.az əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tbilisi "Dinamo"sunun təşkilatçılığı ilə keçiriləcək yarışda meydan sahibləri ilə yanaşı, Litvadan "Ateitis", Latviyadan "Riqa" və "Qəbələ" çıxış edəcək.
Reqlamentə əsasən, komandalar dairəvi sistemlə bütün rəqiblərlə üz-üzə gələcək. İlk iki yeri tutanlar final, digərləri üçüncü yer uğrunda oyuna vəsiqə qazanacaq. Turnirin təqvimi aşağıdakı kimidir:
03.12.2021
17.00 "Dinamo" - "Ateitis"
18.45 "Qəbələ" - "Riqa"
04.12.2021
10.00 "Riqa" - "Dinamo"
11.45 "Qəbələ" - "Ateitis"
17.00 "Ateitis" - "Riqa"
18.45 "Dinamo" - "Qəbələ"
05.12.2021
11.00 Üçüncü yer uğrunda oyun
13.00 Final oyunu
Komanda baş məşqçi Sərdar Qafarovun rəhbərliyi altında 18 futbolçu ilə səfərə yola düşəcək. 3 futbolçu milli komandanın tərkibində BƏƏ-də təlim-məşq toplanışında olduqlarına görə heytədə yer almayıb.