Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya" bu gün Polşa kubokunda 1/8 final matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Paytaxt klubu səfərdə "Motor Lyüblina"la qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, bu mərhələnin qarşılaşması tək oyundan ibarətdir.
1 dekabr
23:00. "Motor Lyüblina" - "Legiya"