Polşa Ekstraklasasına 16-cı turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) doğma meydanda “Krakoviya” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 2:1. 

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 46-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Visla” 23 xalla 7-ci pillədə qərarlaşıb.