Ukrayna Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada azərbaycanlı futbolçuların komandaları üz-üzə gəlib.

Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” Anatoli Nuriyevli “Kolos”u qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Hər iki futbolçumuz oyuna start heyətdə başlayıb. Lakin Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib. Nuriyev isə oyuna fasilədən sonra, 46-cı dəqiqədə daxil olub. Qonaq komandanın bərabərlik qolunu Nuriyev vurub. Yığmamızın yarımmüdafiəçisi 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənib.

Qeyd edək ki, bu nəticədən sonra 15 xalı olan “Kolos” 10-cu, 10 xalı olan "Minay" isə 14-cü pillədə qərarlaşıb.