"Legiya" Polşa Ekstraklasasının 15-ci turunda "Gorik"lə keçirəcəyi matç üçün heyətini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emreli komandasının start heyətində yer almayıb. 24 yaşlı hücumçunun adı ehtiyat oyunçular siyahısında qeyd edilib.
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.