DÇ-2022-nin seçmə mərhələsində Belarusla baş tutan oyun (5:1) Uels yığmasının kapitanı Qaret Beyl üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, o, millidə 100-cü matçını keçirib. Qaret Beyl yığmada bu oyun sayına çatan ikinci futbolçu olub.

Uels yığmasında oyun sayına görə rekordçu isə Kris Qanterdir. O, seçmədə 106 oyun keçirib.