Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi  "Legiya" Polşa çempionatının 11-ci turunda “Lex”in (Poznan) qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Çeslav Mixneviç  görüşdən əvvəl mətbuat konfransı keçirib. 

 Mahir Emrelinin durumu haqqında da danışan 51 yaşlı mütəxəssis deyib: "Emreli sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib və "Lex"ə qarşı oynaya bilər. Düşünürəm ki, yaxşı oyun göstərəcək".  Baş məşqçi qarşıdakı görüşdə qələbənin əhəmiyyətini belə izah edib: "Ekstraklasada xallara oksigen kimi ehtiyacımız var. Vəziyyətin necə olduğunu bilirik, bir neçə oyunda məğlub olduq. Harada olduğumuzun da fərqindəyik. Rəqib mövsümə yaxşı başlayıb. Bizi maraqlı oyun gözləyir".

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.