Futbol üzrə Polşa Ekstraklasasında 9-cu turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Visla" səfərdə "Şlyensk"in qonağı olub. Plotsk təmsilçisi bu görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Krivotsyuk da matçın iştirakçısı olub. O, 30-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub - 1:1.
Qeyd edək ki, bu nəticədən sonra "Visla" 10 xalla 10-cu pillədə qərarlaşıb. Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" isə 9 xalla 14-cüdür.