Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə “İnhulets”lə qarşılaşıb. Sözügedən kollektiv bu görüşdən qələbə ilə ayrılıb - 2:0.

Anatoli Nuriyev də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Kolos” 8 turdan sonra 8 xalla 10-cu pillədə qərarlaşıb.