Xəbər verdiyimiz kimi, “Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstan “Olimpiakos”una satıb.
Offsideplus.az xəbər verir ki, tərəflər arasındakı razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında "flaqman"ın heyətində çıxış edəcək.
Yunanların bu keçid üçün "Neftçi"yə ödədiyi məbləğ də məlumdur. Belə ki, Pirey təmsilçisi Kane üçün "ağ-qaralar"a 700 min dollar pul ödəyib.
Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrından “Neftçi”də çıxış edirdi.