Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat xidməti rəhbəri Nurlan İbrahimovun şikayətini nəzərdən keçirəcək.

Offsideplus.az xəbər verir ki, vəzifəsindən kənarlaşdırılan klub sözçüsü Vətən müharibəsi zamanı şəxsi "Facebook" səhifəsində etdiyi paylaşıma görə UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılıb. Lakin o, buna etiraz edərək CAS-a şikayət ərizəsi göndərib. İdman Arbitraj Məhkəməsinin isə Nurlan İbrahimovun bu şikayətinə baxacağı bildirilib.

Məsələ ilə bağlı dinləmə oktyabr ayının 8-də olacaq.