"Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Mahir Emrelinin fiziki durumundan narahatdır.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo" ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra bu barədə fikirlərini bildirib.
Səfərdə keçirilən matçı analiz edən mütəxəssis bəzi futbolçularla yanaşı, millimizin hücumçusuna da irad tutub.
Mixneviç Mahirə ikili mübarizələrdən və sərt oyundan çəkinməməyi tapşırıb.
"Dinamo" ilə görüşə start heyətdə başlayan Mahir Emreli 75-ci dəqiqədə yerini Tomaş Pekqarta verib.
Mənbə: Sportinfo