Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu İrina Kindzerska növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız yarımfinal mərhələsində yaponiyalı Akira Sone ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə ipponla məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq. Bu görüşdə onun rəqibi çinli Şiyan Xu olacaq.