"Qarabağ"dan ayrılan Uroş Matiç özünə yeni iş yeri tapıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Matiç "Abha" klubu ilə 2 illik müqavilə bağlayıb.
Səbəbkar Serbiya mətbuatına verdiyi açıqlamada Türkiyədən də təkliflər aldığını, lakin "Mançester Yunayted"də oynayan qardaşı Nemanya Matiçin məsləhəti ilə ərəblərin ölkəsinə yollandığını deyib.