2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, olimpiada Avstraliyanın Brisben şəhərində keçiriləcək. 

Keçən il pandemiyaya görə təxirə salınan Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda Yaponiyanın paytaxtı Tokioda, 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.