İsveçrə yığmasının futbolçusu Admir Mehmedi milli karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd edək ki, hazırda Almaniyanın “Volfsburq” klubunun şərəfini qoruyan Admir Mehmedi, İsveçrə yığmasında 2011-ci ildən çıxış edirdi.