“Səbail” klubunun növbəti mövsümə hazırlığı davam edir.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin hazırlıq çərçivəsindəki növbəti rəqibi müəyyənləşib.

Aftandil Hacıyevin yetirmələri “Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gələcək. Bu komandalar arasındakı oyun iyulun 16-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşmaya saat 18:30-da start veriləcək.

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununu “Keşlə”yə qarşı keçirib və matç 1:1 hesabı ilə başa çatıb.