“Barselona” klubundan ayrılan Mateus Fernandesin yeni ünvanı məlum olub.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Palmeyras” klubuna keçib.
O, yeni klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Qeyd edək ki, Fernandes 2020-ci ilin avqustunda 7 milyon avro qarşılığında məhz “Palmeyras”dan “Barselona”ya keçmişdi.