Millimizin üzvü Araz Abdullayevin “Anortosis”dən ayrılması rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Kipr klubunun saytı xəbər yayıb.

Famaqusta təmsilçisi Arazdan başqa Nikolas Matteu ilə də yolları ayırıb. Abdullayev müqavilə ilə məxsus olduğu “Qəbələ”yə, Matteu isə PAOK-a dönüb.

Qeyd edək ki, mövsümün əvvəlindən “Anortosis”də icarə əsasında çıxış edən A.Abdullayev 30 oyuna 3 qol vurub.