“Neftçi” klubunun təlim-məşq toplanışında keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" iyunun 25-də Macarıstan təmsilçisi “Fehervar” ilə qarşılaşacaq.

“Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan "Neftçi" toplanış çərçivəsində iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.