"Başakşəhər" klubundan ayrılan Demba Banın yeni ünvanı bəlli olub.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu İsveçrə Superliqa təmsilçisi "Luqano"ya transfer olunub. Seneqallı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən futbolçu ötən mövsüm "Başakşəhər"də meydana çıxdığı 37 matçda 9 qol vurub, 3 qolun ötürməsini verib.