"Bavariya"nın ulduzu Tomas Müller 3 il sonra Almaniya millisindən yenidən qol vurub.
Offsideplus.az xəbər verir ki, Latviya ilə yoldaşlıq matçı keçirən Yoahim Lövün kollektivi 7:1 hesabı ilə qalib gəlib. 27-ci dəqiqədə fərqlənən Tomas Müller komandasının 3-cü qoluna imza atıb. 31 yaşlı futbolçu sonuncu dəfə 2018-ci ilin martında qol vurmuşdu.
Qeyd edək ki, mart ayında Müller Yoahim Lövün dəvəti ilə Avropa çempionatı üçün milliyə çağırılıb.