AVRO-2020-nin iyunun 12-də Bakıda keçiriləcək Uels-İsveçrə oyunu ilə əlaqədar həmin gün paytaxtımızda ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərarda 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılacağı da qeyd olunub.