Karlos Teves "Boka Xuniors" klubu ilə yollarını ayırmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu mətbuat konfransında özü açıqlayıb. Argentinalı forvard Buenos-Ayres təmsilçisi ilə vidalaşdığını bildirib. O, gələcək karyerası barədə bu sözləri deyib:
"Karyeramı başa vurduğumu deyə bilmərəm, çünki ola bilsin ki, 3 ay sonra yenidən oynamaq istəyərəm. Amma bundan sonra "Boka Xuniors"un formasını geyinməyəcəm, bu səhifə bağlandı".
Qeyd edək ki, 2001 - 2004, 2015-2016 və 2018-ci ildən bu vaxtadək "Boka Xuniors"un şərəfini qoruyan Karlos Teves, "Mançester Yunayted", "Mançester Siti", "Yuventus" kimi klublarda da çıxış edib.